Bənzər yazılar
Ermənistan müxalifətinin lideri Nikol Paşinyan hökuməti İrəvanda mitinq iştirakçılarının üzərinə ordu göndərməməyə çağırıb.
AzVision.az erməni KİV-nə istinadla xəbər verir ki, Paşinyan müsahibəsində bununla bağlı narahatlığını ifadə edib.
“Polis və təhlükəsizlik qüvvələri bitərəfliyi qoruyub saxlayır. Hakimiyyət qoşunları İrəvana səfərbər etsə, bütün əsgərlər bizim tərəfimizə keçəcək. Güc tətbiq etməklə böhranın həlli yolunu tapmaq mümkün deyil”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, hazırda müxalifətin fəaliyyəti, baş nazir seçkisindən əvvəlki günlərlə müqayisədə əhəmiyyətli dərəcədə genişlənib.