İraq ordusu Kərkükə girməyə hazırlaşır

27-09-2017, 15:54


İraq hökuməti İraq Kürdüstanından 25 sentyabrda baş tutan referendumun nəticələrinin ləğv edilməsini tələb edib. 

AzVision.az xəbər verir ki, belə bir tələblə baş nazir Heydər əl İbadi çıxış edib. İbadi, həmçinin peşmərgənin mübahisəli ərazilərdən çəkilməsi çağırışını edib.

Qeyd edək ki, İraq parlamenti baş nazir Heydər əl İbadiyə Kərkükə ordu yeritmə barədə tam səlahiyyət verib. 

İbadi isə bildirib ki, rəsmi Bağdad qanuni güc və konstitusiya yolu ilə İraq Kürdüstanına nəzarəti geri qaytaracaq.




Facebook'da Paylaş