Ermənistanda kimin baş nazir olacağı dəqiqləşib

15-09-2017, 12:55



    2018-ci ildə Ermənistanda baş nazirin kim olacağı haqda müzakirələrə son qoyulub. Hakim Respublikaçılar partiyasında hazırki baş nazir Karen Karapetyanın vəzifəsində qalmasına dair razılıq əldə olunub.

Ordum.az “İrates”-ə istinadən xəbər verir ki, Karapetyan vəzifəsində qalacaq. Bu xəbər Respublikaçılar partiyasına hakimiyyətin ən yuxarı təbəqəsindən daxil olub. 

Bu müddət ərzində kimin özünü necə aparacağını öyrənmək məqsədilə Ermənistanın Prezident Aparatı bu barədə məlumat yaymağa tələsmir. 

Karapetyan, yoxsa Serj Sarkisyan seçimində kim hansı mövqeni tutacaq? Bu, həmçinin Serj Sarkisyana kimin necə xidmət edəcəyinə dair çoxları üçün sınaq müddətinə çevriləcək. Karen Karapetyan isə ona qarşı olan şəxsləri asanlıqla müəyyən edə biləcək.

Son anda qərarın dəyişdirilmə ehtimalı da var. KİV-in məlumatına görə, mənbə artıq qəti qərarın qəbul edildiyini və bunun dəyişdirilməsinin mümkun olmayacağını bildirib.




Facebook'da Paylaş