Paşinyan xalqdan VAXT İSTƏDİ

26-11-2020, 11:38

Paşinyan xalqdan VAXT İSTƏDİ

Paşinyan xalqdan 2021-ci ilə qədər VAXT İSTƏDİ
Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirib.
Ermənistan KİV-nin verdiyi xəbərə görə, o, Qarabağ fiaskosuna görə məsuliyyət daşımaqla yanaşı, ölkənin gələcəyinə görə də cavabdehlik daşıdığını bildiriib. Hökumət rəhbəri istefa verməyəcəyini söyləyib və 2021-ci ilin iyun ayına qədər xalqdan vaxt istəyib:
“Mənim 2021-ci ilin iyununa qədər olan dövrü əhatə edən “yol xəritsə”si planım ölkəni rifaha gətirəcək. İndi ən önəmli olan, dövlətçiliyi möhkəmləndirmək və vətəndaşların respublikaya inamını bərpa etməkdir”.




Facebook'da Paylaş