Bakıdan uzanan yollar

18-08-2021, 13:25

Bakıdan uzanan yollar

Avqustun 17-də Moskvada üçtərəfli komissiyanın növbəti iclası keçirilib. Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinləri Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpasını müzakirə ediblər.
Görüşdə bu ilin sonuna qədər Bakı-Laçın-Gorus-Sisian-Naxçıvan-Türkiyə avtomobil yolunun açılması təklif olunub. Bundan başqa, 2023-cü ilin sonuna qədər Bakı-Horadiz-Mehri-Naxçıvan-Türkiyə dəmir yolu xəttinin istifadəyə verilməsi də müzakirə olunub.
Məlumata görə, həm avtomobil yolu, həm də dəmir yolu xəttinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları həyata keçirəcək.




Facebook'da Paylaş