Cəhənnəmi görmüş politoloq

1-04-2021, 18:22

Cəhənnəmi görmüş politoloq

Azərbaycanla və Ermənistan silahlı qüvvələri arasındakı hərbi toqquşmalar zamanı “Lələ Təpə” əməliyyatı bizim üçün əsl cəhənnəm oldu.
Ermənistan KİV xəbərlərinə görə, bu barədə erməni politoloq Qeqam Nazaryan mətbuat konfransında bildirib.
“Bizim 650 nəfər itkimiz oldu, döyüş meydanında 44 tankımızdan 42-sini itirdik”, – deyə o, bildirib.
Qeyd edək ki, “Lələ Təpə” əməliyyatı dedikdə erməni politoloq 2020-ci ilin payızında 44 günlük müharibə zamanı erməni hərbçilərin eyniadlı yüksəkliyi nəzarətə götürmək cəhdini nəzərdə tutur. Erməni ordusuna hücum əmrini respublikanın baş naziri Nikol Paşinyan verib. Bununla, o Serj Sarqsyanın Ermənistan Respublikasının Prezidenti olduğu 2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş ərazini yenidən işğal edə biləcəyinə ümid edirdi. (Caliber.Az)




Facebook'da Paylaş