Kəlbəcər bu gün sahibinə qaytarılır

15-11-2020, 08:30

Kəlbəcər bu gün sahibinə qaytarılır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu bu gün Azərbaycana qaytarır.
Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası erməni hərbi birləşmələrinin Kəlbəcərdən dərhal və qeyd-şərtsiz çıxması barədə 822 saylı qətnaməni qəbul etməsinə baxmayaraq, 27 ildən çox idi Ermənistan Kəlbəcəri işğal altında saxlayırdı.
Nəhayət 27 ildən sonra Azərbaycan Ordusu özü BMT Təhükəsizlik Şurasının qətnaməsini icra etmək məcburiyyətində qaldı. Belə ki, sentyabrın 27-dən başlanan Vətən Müharibəsi nəticəsində şanlı ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini düşmən işğalından azad etdi. Nəticədə Ermənistan siyasi-hərbi rəhbərliyi müharibəni uduzduğunu görərək təslim olmağa qərar verdi.





Facebook'da Paylaş