Dahabir şagirdimiz erməni terrorunun qurbanı oldu

7-11-2020, 20:44

Dahabir şagirdimiz erməni terrorunun qurbanı oldu

Təhsil Nazirliyindən ermənilərin öldürdüyü şagirdlə bağlı PAYLAŞIM
“Bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub. 16 yaşlı Şahmalı Rəhimov Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonuna atılan mərmi nəticəsində həlak olub. Şahmalı Ağdam rayonu 94 nömrəli köçkün tam orta məktəbin 10-cu sinif şagirdi idi. Bu barədə Təhsil Nazirliyinin feysbuk səhifəsində bildirilib.
“Ermənistan təcavüzünün qurbanı olan məktəblilərimizin sayı artıq 10-a çatdı”, - deyə paylaşımda qeyd olunub.




Facebook'da Paylaş