“Nyu York Tayms” müxbiri Bərdədə erməni terrorunun şahidi oldu

30-10-2020, 14:04

“Nyu York Tayms” müxbiri Bərdədə erməni terrorunun şahidi oldu

“Nyu York Tayms” nəşri Bərdə terroru haqda geniş məqalə dərc edib.
“Azərbaycanda partlayışlar zənciri, fəryadlar və qan” adlanan məqalənin müəllifi Karlotta Qal çərşənbə günü partlayış zamanı Bərdədə olduğunu yazıb. O bildirib ki, ilk partlayış səsindən sonra maşını saxlamasaydılar, özləri də bu terrorun qurbanı olardı:
“Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, lakin cəbhə xətti 20 mil uzaqdadır və buna qədər həyat bölgədə problemsiz davam edirdi. Qadınlar alış-verişə gedirdilər, kişilər yanacaqdoldurma məntəqəsində maşınlarına yanacaq doldururdular...”
Bir aydır ki, Azərbaycan və Ermənistan arasında müharibə getdiyini xatırladan jurnalist Azərbaycan tərəfinin döyüş meydanlarında erməni qüvvələrini ölümcül dəqiqliklə hədəfə aldığını və Azərbaycanın üstün atəş gücünə sahib olduğunu qeyd edir:
“Azərbaycanda cəbhəyə yaxın bir sıra yaşayış məntəqələri demək olar ki, gündəlik raket zərbələrinə məruz qalır. Cəbhədən bir az aralıda yerləşən Bərdəyə hücumun artması isə gərginliyə səbəb olub”.
Erməni terrorunun dəhşətini təsvir edən yazı mülki əhalinin qətlindən, Bərdədəki ab-havadan yazaraq gözüylə gördüyü terror qurbanlarını təsvir edir, onların yaxınlarının çəkdiyi iztirabı gözlər önünə gərir:
“55 yaşlı Kamil Kərimov qışqırır: “Görürsən ki, ermənilər bizə nə edir?" “Burada hərbçi görürsən? Burda yanız mülki əhalidir. Niyə bunu edirlər? Xaos yaratmaq istəyirlər...”




Facebook'da Paylaş