ABŞ Krımın ilhaqını tanımayacaq

27-02-2021, 07:56

ABŞ Krımın ilhaqını  tanımayacaq


ABŞ prezidenti Co Bayden bildirib ki, Vaşinqton Rusiyanı Ukrayna ərazisindəki "aqressiv hərəkətlərə" görə məsuliyyətə cəlb etmək üçün çalışmağa davam edəcək.
"Biz Rusiyanı Ukraynada zorakılıq və təcavüzə görə məsuliyyətə cəlb etmək üçün işləməyə davam edəcəyik", - deyə Baydenin Krımın Rusiyaya birləşdirilməsinin yeddi illik ildönümünə həsr olunmuş bəyanatında bildirilir.
O qeyd edib ki, ABŞ yarımadanın güman edilən ilhaqını heç zaman tanımayacaq:
"Rusiya Krımı işğal edərək beynəlxalq hüququ, qonşusu Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozub".




Facebook'da Paylaş