“Böyük Qayıdış” Zəngilandan başlayıb
Azərbaycan dövləti ermənilərin Zəngilanda dağıtdıqlarını öz gücünə bərpa edir
Zəngilanın havasının saflığı, gözəlliyi, zənginliyi və vüqarı hopub zəngilanlıların mənəviyatına, xarakterinə. Ona görə də buranın camaatının əqidəsi safdır, baxışları təmizdir, gözü-könlü toxdur. Zəngilan rayonu respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi başlayana kimi burada həyata öz axarı ilə davam edirdi. Zəngilanlılar gözləmirdilər ki, 1993-cü ildə Ermənistan xəyanətkarcasına Zəngilanı işğal edələr. Zəngilan işğal olmaya bilərdi. İndiki kimi nizami və tam hazırlıqlı ordu olsaydı Zəngilanın işğalının qarşısını almaq olardı. Yüzlərlə igidlərimiz, soydaşlarımız şəhidlik zirvəsinə yüksəldi, itkin düşdü bu saf diyarda. Sözün əsl mənasında işğal günləri Zəngilanın başının üstünü qara buludlar almışdı. Göy üzü qara buludla örtülmüşdü. Səngərlərdən şəhid xəbərləri gəlirdi. İnsanlar məcburən illərlə yaşadıqları dədə-baba yerlərini, ocaqlarını tərk edirdilər.
Zaman keçdi Ermənistana havadarlıq edənlərin özləri başlarını itirdilər. Tarix bir daha göstərdi ki, ədalətsizlik əbədiyaşar deyil. Darıya dolmuş donuzlar öz xoşlarına darıdan çıxmaq istəmirdilər. Buna görə də dəyənəklər işə düşdü, burunlarına döyə-döyə çıxardlatr onları yad torpaqlardan. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti tarixi Zəfər qazanıb. 2020-ci ilin 20 oktyabrında Zəngilan rayonun da müzəfər ordumuz işğaladan azad edib. Həmin gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu elan edib.
Oktyabrın 20-də Zəngilan şəhəri və 6 kəndi ilə yanaşı, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Çinarlı kəndləri erməni işğalçılarından təmizlənib. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır.
Zəmgilan uğurunda döyüşlərdə hərbiçilərimiz böyük igidlik göstəriblər. Azərbaycan dövləti əsgər və zabitlərimizin bu qəhrəmanlığını qiymləndirmək üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Ermənilər Zəngilanı da dağıdaraq tanınmaz hala salmışdılar. Rayonun infrastrukturu sıradan sıxmış, tarixi izi itirmək üçün milli-mədəni abidələr məhv edilmişdir. 27 ərzində ermənilər bu eybəcərliklərini dünyadan gizlətməyə çalışmışdır. Amma bu gün dünya Ermənistanın bu vandalizm əməllərindən xəbərdardır. Beynəlxalq aləm görür ki, bu gün Azərbaycan öz gücünə hər şeyə nail olur. Azərbaycan beynəlxalq birliyin heç bir dəstəyi olmadan öz torpaqlarını erməni işğalından azad edib. Bu gün dövlətimiz heç bir dəstək olmadan ermənilərin bu dağıtdıqlarını bərpa edir. Bu abadlıq işləri Zəngilanda da müxtəlif istiqamətlərində fəal şəkildə aparılır. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Amma Zənglanın kəndlərinə əhalinin köçürülməsinə start verilib. Sevindirici haldır ki, “Böyük Qayıdış” məhz Zəngilandan başlayıb. Ötən ilin iyulunda Zəngilan rayonunun Ağalı kəndinin 10 ailəsinin üzvləri bura köçürülüb. Həmin zaman tarix anlar yaşanıb. 30 il doğma yurdlarına qovuşmaq həsrəti ilə yaşayan insanların keçirdiyi hissələr sözlə ifadə etmək mümkün deyil. Qeyd edək ki, işğala qədər Ağalı inzibati ərazisi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər). Mərhələ-mərhələ bu qaydış davam etməkdədir. Kənddə sakinlərin rahat yaşayışını təmin etmək üçün hər cür şərait var. Ağalı kəndində “Ağıllı kənd” konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb. Göründüyü kimi, Zəngilan rayonu yeni inkişaf dövrünü yaşayır.
20 oktyabr zəngilanlılar, ümumiyyətlə, xalqımız üçün undulmaz gündür. Artıq Prezident sərəncamına əsasən bu gün ölkədə Zəngilan Şəhəri Günü kimi qeyd edilir. Bununla Azərbaycan dövləti Zəfər tarixini, Zəfər günlərini yaşatmış olur. İllər keçəcək, amma bu gün böyük fəxr hissi ilə xatırlanacaq.
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Facebook'da Paylaş