Əfqanıstanın şimalında partlayış törədilib, 5 nəfər ölüb

6-12-2022, 10:31

Əfqanıstanın şimalında partlayış törədilib, 5 nəfər ölüb

Əfqanıstanın şimalında törədilən terror aktı nəticəsində azı 5 nəfər həlak olub.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "The Khaama Press" agentliyi məlumat yayıb.

Partlayış Bəlx vilayətinin mərkəzi olan Məzari-Şərif şəhərində avtobusa quraşdırılmış bombanın işə düşməsi nəticəsində baş verib.

İlkin məlumatlara görə, avtobus “Haraton Oil” neft şirkətinin əməkdaşlarını daşıyırmış.

Hadisə ilə bağlı istintaq aparılır.




Facebook'da Paylaş