Somalidə hərbçilərə qarşı terror aktı törədilib, ölənlər var

26-04-2022, 08:05

Somalidə hərbçilərə qarşı terror aktı törədilib, ölənlər var

Somalinin paytaxtı Moqadişoda terror aktı törədilib.

Ordum.az yerli KİV-ə istinadən xəbər verir ki, Banadir rayonunda hərbi maşın keçərkən partlayıcı qurğu işə salınıb.

İlkin məlumata görə, partlayış nəticəsində 7 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə ərazidəki bəzi mağazalara ziyan dəydiyi əks olunub.

Partlayışa görə məsuliyyəti “Aş-Şabab” terror təşkilatı üzərinə götürüb.




Facebook'da Paylaş