Somalidə terror aktının təşkilatçısı məlum olub

26-11-2021, 10:01

Somalidə terror aktının təşkilatçısı məlum olub

Somalinin paytaxtı Moqadişoda törədilən terror aktına görə məsuliyyəti “Aş-Şəbab” terror təşkilatı üzərinə götürüb.

Bu barədə Ordum.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, partlayış nəticəsində azı 8 nəfər ölüb, daha 23 nəfər yaralanıb.

Terrorçular Afrika İttifaqının Somalidəki sülhməramlı missiyasının (AMİSOM) karvanı yolunda minalanmış avtomobili partladıblar.

Yaralılardan bəziləri Rəcəb Tayyib Ərdoğan adına Xəstəxanaya aparılıb.

"Aş-Şəbab" terrorçuları Şərqi Afrika ölkəsində təhlükəsizlik qüvvələrinə və mülki insanlara tez-tez hücumlar təşkil edir.




Facebook'da Paylaş