BMT Baş katibi Əfqanıstanda məsciddə törədilən terror aktını pisləyib

8-10-2021, 20:56

BMT Baş katibi Əfqanıstanda məsciddə törədilən terror aktını pisləyib

BMT-nin Baş katibi Antoniu Quterreş Əfqanıstanın Qunduz vilayətdə məsciddə törədilən terror aktını pisləyib.

Ordum.az xəbər verir ki, bunu Baş katibin sözçüsü Stefan Dujarrik keçirdiyi brifinqdə bildirib.

"BMT Baş katibi bu vəhşi hücumu qınayır və qurbanların ailələrinə başsağlığı verir", - Dujarrik qeyd edib.

Qeyd edək ki, Əfqanıstanın şimalındakı Qunduz əyalətindəki Seyid Abad məscidində güclü partlayış nəticəsində 100-ə yaxın insan ölüb, xeyli sayda insan yaralanıb.

Hücum insanların cümə namazına toplaşdığı vaxt baş verib. İlkin məlumatlara görə, kamikadze məscidin daxilində partlayıcı qurğunu işə salıb.

İŞİD silahlı qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.




Facebook'da Paylaş