Malidə terror aktı törədilib, ölən və xəsarət alanlar var

21-03-2022, 09:30

Malidə terror aktı törədilib, ölən və xəsarət alanlar var

Malinin mərkəzində hərəkətdə olan avtobusun minaya düşməsi nəticəsində azı 6 nəfər ölüb.

Ordum.az xəbər verir ki, bu barədə “Anadolu” avtobusun sahibi olan nəqliyyat şirkətinin nümayəndəsi Madu Kulibaliyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, partlayış Konna və Sevare qəsəbələri arasındakı yolda baş verib. Hadisə zamanı daha 8 nəfər yaralanıb.

Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.




Facebook'da Paylaş