Bu il BQXK Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin 303 ailə üzvündən biloji istinad nümunələri toplayıb

29-08-2022, 11:30

Bu il BQXK Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin 303 ailə üzvündən biloji istinad nümunələri toplayıb

Bu ilin ilk 6 ayı müddətində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən 700 biloloji istinad nümunəsi, 90-cı illərdə baş vermiş döyüş əməliyyatlarında itkin düşmüş şəxslərin 303 ailə üzvündən toplanılıb.

Bu barədə Ordum.az-a BQXK Bakı Nümayəndəliyinin İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Qeyd edilib ki, bu nümunələr, mümkün ekshumasiya zamanı identikifasiyaya dəstək üçün istifadə edilə bilər. Proses ərzində, 47 ailə üzvünə psixo-sosioloji dəstək göstərilib.




Facebook'da Paylaş