BQXK: "90-cı illərdə itkin düşmüş şəxslərin 118 ailəsindən 283 bioloji referent nümunəsi toplanılıb

17-02-2022, 11:00

BQXK: "90-cı illərdə itkin düşmüş şəxslərin 118 ailəsindən 283 bioloji referent nümunəsi toplanılıb

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) neytral vasitəçi qismində iştirakı ilə son döyüşlərin təsirinə məruz qalmış ərazilərdə insan qalıqlarının axtarışı və götürülməsi üçün 182 əməliyyat təşkil edilib.

Ordum.az-ın xəbərinə görə, bu, BQXK-nın Bakı və Bərdə ofislərinin 2021-ci il üçün əsas fəaliyyətləri ilə bağlı hesabatda əksini tapıb.

Qeyd edilib ki, 283 bioloji referent nümunəsi ötən əsrin 90-cı illərində itkin düşmüş şəxslərin 118 ailəsindən toplanılıb.

Üç müşayiətçi bioloji referent nümunələrinin toplanılması prosesi zamanı itkin düşmüş şəxslərin ailələrinə dəstək göstərib.




Facebook'da Paylaş