ABŞ Konqresi sədrinin təyyarəsinin bu saatlarda Tayvana enəcəyi gözlənilir

2-08-2022, 17:08

ABŞ Konqresi sədrinin təyyarəsinin bu saatlarda Tayvana enəcəyi gözlənilir

ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin göyərtəsində olduğu təyyarənin Tayvan yarımadasına Bakı vaxtı ilə saat 18.20-də enəcəyi gözlənilir.

Ordum.az xəbər verir ki, məlumatı CNN yayıb.

Bildirilib ki, tanınmayan Tayvanın hökumət təmsilçisi və ABŞ-ın dövlət məmurlarından birinin məlumatına görə, siyasətçinin Asiya səyahəti çərçivəsində adanı da ziyarət edəcəyi gözlənilir.

Qeyd edək ki, konqresin sədri turne çərçivəsində Yaponiya, Cənubi Koreya, Sinqapur və Malayziyaya səfər edir. Bu gün o, Malayziyada səfərdə olub.




Facebook'da Paylaş