Rəsmi Pekin: “ABŞ-ın Tayvana silah satması Çinin təhlükəsizlik maraqlarına zərbə vurur”

9-02-2022, 11:01

Rəsmi Pekin: “ABŞ-ın Tayvana silah satması Çinin təhlükəsizlik maraqlarına zərbə vurur”

“Tayvana silah-sursat satışının Çinin suverenliyini pozması səbəbindən rəsmi Pekin Vaşinqtona etirazını bildirib”.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi bəyan edib.

“ABŞ-ın Tayvana silah-sursat satması “Vahid Çin” prinsipini və ABŞ-la Çin arasında imzalanmış 3 kommunikeninin, xüsusilə də 17 avqust 1982-ci il tarixli kommunikeninin müddəalarını pozur”, - nazirliyin saytında dərc edilmiş məlumatda deyilir.

Nazirlik hesab edir ki, ABŞ-ın Çinin daxili işlərinə qarışması ölkənin suverenliyinə və təhlükəsizlik maraqlarına zərbə vurur, Çin və ABŞ arasında hərbi münasibətləri pozur, həmçinin Tayvan yarımadasında sülh və sabitliyi təhlükə altına qoyur. “Bununla əlaqədar olaraq, Çin kəskin narahatlığını və qəti etirazını bildirir, həmçinin rəsmi Vaşinqtona ciddi diplomat xəbərdarlıq edir”, - bəyanatda deyilir.

Xatırladaq ki, daha əvvəl Dövlət Departamentinin “Patriot” zenit-raket komplekslərinə texniki dəstək, xidmət və təkmilləşdirmə məqsədilə Tayvana 100 milyon ABŞ dolları dəyərində xidmət və avadanlıq satışını təsdiq etdiyi bildirilirdi.




Facebook'da Paylaş