Almaniya Ukraynaya sentyabrın sonu HHM sistemləri verəcək

28-07-2022, 09:00

Almaniya Ukraynaya sentyabrın sonu HHM sistemləri verəcək

Ukrayna Almaniyanın “İris-T SLM” hava hücumundan müdafiə sistemlərini yayın sonu - sentyabrın əvvəlində ala bilər.

Ordum.az xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok “Azadlıq” radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin istehsalı son mərhələdədir:

“Başqa bir dövlət hava hücumundan müdafiə sistemlərini almalı idi və bu dövlətlə Ukraynaya təhvil verlməsi üçün onunla danışıqlar aparıldı”.




Facebook'da Paylaş