ABŞ Liviyadan Rusiya istehsalı HHM sistemini gizli şəkildə köçürüb

29-01-2021, 15:44

ABŞ Liviyadan Rusiya istehsalı HHM sistemini gizli şəkildə köçürüb

ABŞ ordusu Rusiya istehsalı “Pantsir S-1” Hava Hücumundan Müdafiə sistemini Liviyadan çıxararaq Almaniyaya aparıb.

Ordum.az xəbər verir ki, bu barədə Britaniyanın “Times” nəşri öz mənbələrinə istinadən məlumat verib.

Nəşr qeyd edir ki, ABŞ ələ keçirilmiş HHM sisteminin mexanizmlərini və məlumat bazasını öyrənməyi planlaşdırır. HHM sistemləri Almaniyanın cənub-qərbində yerləşən Ramşteyn bazasına aparılıb.

Yük maşını üzərində quraşdırılmış “Pantsir S-1” HHM sistemi təxminən 20 mil məsafədə aşağı hündürlükdən uçan bir çox hədəfi vura bilir. 2019-cu ilin noyabr ayında bu sistemlər Liviyada ABŞ ordusuna məxsus “Reaper” PUA-sını vurmuşdu.

Məlumata görə, Liviya Milli Ordusuna rəhbərlik edən Xəlifə Həftərə bu sistemləri BƏƏ verib.


Ordum.az




Facebook'da Paylaş