Meksikada naməlum silahlılar 7 nəfəri güllələyiblər

14-12-2021, 09:30

Meksikada naməlum silahlılar 7 nəfəri güllələyiblər

Meksikanın Mexiko ştatında naməlum cinayətkarlar 7 nəfəri öldürüblər.

Ordum.az-ın məlumatına görə, bu barədə "Milenio" qəzeti internet səhifəsində yazıb.

Qeyd edilir ki, regionun cənub hissəsindəki Amanalko-de-Beserra rayonu ərazisində yol kənarında üzərində güllə yaraları olan qurbanların meyitləri tapılıb.

Hadisə yerinə gələn aidiyyəti orqanların nümayəndələri avtomat silahların patronlarını aşkar ediblər.

Prokurorluq orqanının əməkdaşları kütləvi qətliamı araşdırmağa başlayıb.

Meksika uzun müddətdir ki, kəskin təhlükəsizlik böhranı ilə üzləşib. Bu ilin yanvar-sentyabr aylarında ölkədə 25,4 minə yaxın qəsdən adamöldürmə faktı qeydə alınıb. Cinayətlərin təxminən 50%-i Quanaxuato, Mexiko, Miçoakan, Aşağı Kaliforniya, Xalisko və Çiuaua ştatlarında törədilib.




Facebook'da Paylaş