Naməlum şəxslər Ovannisyana hücum etdi

17-11-2020, 17:42

Naməlum şəxslər Ovannisyana hücum etdi

Ermənistan Müdafiə Nazirliyinin sabiq mətbuat katibi Artsrun Ovannisyana naməlum şəxslər hücum edib.
Bu barədə A.Ovannisyan öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə noyabrın 9-dan başlayaraq ünvanına müxtəlif təhdidlər alıb. Ötən gecə isə iki nəfər ona hücum çəkib.
A.Ovannisyan bildirib ki, təhdidlər davam etdiyi üçün polisə müraciət edib.
Xatırladaq ki, Artsrun Ovannisyan Dağlıq Qarabağda münaqişə davam edərkən gündəlik brifinqlər zamanı Ermənistan ordusunun “uğurları” barədə məlumatlar verirdi.




Facebook'da Paylaş