İlham Əliyevdən SƏRT MESAJ: “Təhdidlər davam edəcəksə, F-16-ların nə edəcəyini də görəcəklər”

26-10-2020, 13:39

İlham Əliyevdən SƏRT MESAJ: “Təhdidlər davam edəcəksə, F-16-ların nə edəcəyini də görəcəklər”
Bir aydır mən hər gün müsahibə verəndə məndən soruşurlar ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən yoruldum cavablandırmaqdan. Hamınızın peyki var, gedin açın baxın, görün nə edir F-16-lar.
Bunu AzTV vasitəsilə xalqa müraciət edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib.
Ali Baş Komandan deyib ki, təhdidlər davam edəcəksə, F-16-ların nə edəcəyini də görəcəklər:
“Bəziləri sual vermir, bizi ittiham edir, elə bilir prokurordur. Mənim jurnalistlərə olan hörmətimdən istifadə edirlər”.




Facebook'da Paylaş