DİN: "Bu il adamların girov götürülmə faktı qeydə alınmayıb”

7-12-2021, 10:02

DİN: "Bu il adamların girov götürülmə faktı qeydə alınmayıb”

"Bu ilin yanvar-noyabr aylarında adamların girov götürülmə faktı qeydə alınmayıb”.

Bunu Ordum.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, cinayətlərin açılma faizi orta hesabla 90 faizə yaxındır: “Elə cinayətlər var ki, xüsusən şəxsiyyət əleyhinə olan cinayətlərin 100 faiz açılması təmin edilib. Bu il adamların girov götürülmə faktı qeydə alınmayıb”.




Facebook'da Paylaş