Hərbi Prokurorluğun rəsmisi: "Azərbaycanda hərbi cinayətlərin sayı azalıb"

2-12-2021, 19:13

Hərbi Prokurorluğun rəsmisi: "Azərbaycanda hərbi cinayətlərin sayı azalıb"

"Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə Hərbi Prokurorluğun birgə işgüzar fəaliyyəti son illər ölkədə hərbi xidmət əleyhinə cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən digər cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib".

Ordum.az xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevin “Mükəmməl siyasətdən doğan humanistlik” sərlövhəli məqaləsində əksini tapıb.

"Misalçün, 2020-ci ilin 10 ayı ilə müqayisədə 2021-ci ilin müvafiq dövründə qeydə alınmış hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 34,3 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 23,5 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 49,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 28,6 faiz azalıb", - o, məqaləsində yazıb.




Facebook'da Paylaş