Azərbaycanda toylara görə 35 cinayət işi başlanıb, 41 nəfər həbs edilib

23-11-2021, 11:00

Azərbaycanda toylara görə 35 cinayət işi başlanıb, 41 nəfər həbs edilib

“Xüsusi karantin rejimi dövründə toy şənliklərinin keçirilməsi qaydalarına uyğun olaraq, müvafiq dövlət qurumları ilə birgə monitorinqlərin keçirillməsi diqqətdə saxlanılır. Bu dövr ərzində - iyulun 1-dən polis digər qurumlarla 8 794 monitorinq keçirib”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, şənlik mənasimlərinin təşkli və keçirilməsi qaydalarının pozulmasına görə 35 cinayət işi başlanıb, 41 nəfər inzibati həbs olunub, 3 299 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.




Facebook'da Paylaş