Konqoda silahlılar kəndə hücum edərək 100-dən çox sakini öldürüb

23-11-2021, 11:20

Konqoda silahlılar kəndə hücum edərək 100-dən çox sakini öldürüb

Konqo Demokratik Respublikasında (KDR) silahlılar kəndlərə hücum edərək onlarla sakini öldürüblər.

Ordum.az “AFP”-yə istinadən xəbər verir ki, ölkənin şərqindəki İturi əyalətinin Cuqu bölgəsindəki yaşayış məntəqələrində naməlum silahlı şəxslər yüzdən çox dinc sakini qətlə yetirib.

Ölkə səlahiyyətliləri hücumları təşkil edən cinayətkar qrup haqqında heç bir məlumat açıqlamayıb.




Facebook'da Paylaş