Yaponiya 2030-cu ilə qədər qoşunlarını hipersəs raketləri ilə təchiz edəcək

3-11-2022, 09:30

Yaponiya 2030-cu ilə qədər qoşunlarını hipersəs raketləri ilə təchiz edəcək

Yaponiya Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin uzaqmənzilli hipersəs raketləri ilə təchiz edilməsi proqramı hazırlayır. Onların təxminən 2030-cu ildə qoşunlara təhvil verilməsi nəzərdə tutulur.

Ordum.az xəbər verir ki, bu barədə ölkənin aparıcı iqtisadi qəzeti “Nikkei” məlumat yayıb.

Hipersəs raketləri yüksək sürətinə və kəskin manevr qabiliyyətinə görə ölkə silahlı qüvvələrinin hücum potensialını ciddi şəkildə artırmalıdır. Qəzet qeyd edib ki, bu silahlar Çin və Şimali Koreyaya qarşı strateji çəkindirmə vasitəsi kimi görülür.

Onun sözlərinə görə, qoşunların hipersəs raketləri ilə təchiz edilməsi Yaponiya Silahlı Qüvvələrinin zərbə potensialının hazırkı modernləşdirilməsinin yekun mərhələsi kimi qiymətləndirilir.

Təxminən 2026-cı ildə Yaponiya 1000 km-dən çox mənzilli öz istehsalı olan “Tip-12” yerüstü ballistik raketlərini yerləşdirəcək. 2027-ci ildən 2030-cu ilə qədər hərbi gəmilərin və təyyarələrin təkmilləşdirilmiş versiyaları ilə təchiz edilməsi planlaşdırılır.




Facebook'da Paylaş