Hindistan hipersəs sürətə malik qanadlı raketlər hazırlamaq istəyir

16-12-2021, 16:09

Hindistan hipersəs sürətə malik qanadlı raketlər hazırlamaq istəyir

“Hindistan düşmənlərinə qarşı etibarlı çəkindirmə qabiliyyətini qorumaq üçün dərhal hipersəs sürətə malik qanadlı raketlər hazırlamalıdır”.

Ordum.az xəbər verir ki, bunu ölkənin Müdafiə naziri Racnat Sink deyib.

O qeyd edib ki, bu, Hindistanın müdafiə sektorunda inqilabi bir addım olacaq.

Çinin bu yaxınlarda nüvə qabiliyyətli hipersəs raketini sınaqdan keçirməsi ilə bağlı qlobal narahatlıq fonunda Hindistan rəsmisinin bu sözləri xüsusi diqqət çəkir.

Müdafiə naziri deyib ki, müdafiə sahəsində yeniliklər edən ölkələr düşmənlərinə qalib gələn və tarixdə iz qoyan ölkələrdir: “Buna görə də biz özümüzü gücləndirməliyik və istənilən vəziyyətlə üzləşməyə hazır olmalıyıq”.

Çin bu yaxınlarda hədəfinə doğru hərəkət etməzdən əvvəl dünya ətrafında dövrə vuran nüvə qabiliyyətinə malik hipersəs raketini sınaqdan keçirmişdi. Bu, Çinə kosmosa əsaslanan qlobal zərbə qabiliyyəti verə bilər və zərbədən əvvəl hədəf xəbərdarlığının vaxtını azalda bilər.

Hipersəs silahları ballistik raketlərdən daha çox manevr qabiliyyətinə malikdir və səs sürətindən 5 qat artıq sürətlə uçur.




Facebook'da Paylaş