Hindistan yeni zenit raketini uğurla sınaqdan keçirib

8-12-2021, 08:26

Hindistan yeni zenit raketini uğurla sınaqdan keçirib

Hindistan hərbi dəniz qüvvələri üçün hazırlanmış yeni qısa mənzilli "yer-hava" raketini uğurla sınaqdan keçirib.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı tərəfindən Odişa ştatının sahillərində uğurlu uçuş sınaqları keçirilib. Sınaqlar şaquli buraxılış qurğusundan həyata keçirilib", - məlumatda deyilir.

Müdafiə Nazirliyi qeyd edir ki, bu sınaq buraxılışı bütün komponentlərin, o cümlədən şaquli buraxılış qurğusunun və silahlara nəzarət sisteminin işini kompleks yoxlamaq məqsədilə həyata keçirilib.

Sınaq buraxılışına Hindistan Hərbi Dəniz Qüvvələrinin yüksək səviyyəli rəsmiləri nəzarət edib.




Facebook'da Paylaş