ABŞ Estoniyanı HIMARS reaktiv yaylım atəş sistemi ilə təchiz etmək niyyətindədir

16-07-2022, 08:30

ABŞ Estoniyanı HIMARS reaktiv yaylım atəş sistemi ilə təchiz etmək niyyətindədir

Birləşmiş Ştatlar Estoniyaya 500 milyon dollar məbləğində altı ədəd HIMARS reaktiv yaylım atəş sistemi tədarük etməyi planlaşdırır.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

“Dövlət Departamenti hərbi texnikanın xarici ölkələrə satışı proqramı çərçivəsində Estoniya hökumətinə M142 HIMARS reaktiv yaylım atəş sistemi və təxmini dəyəri 500 milyon dollara qədər olan müvafiq avadanlıqların mümkün tədarükünə icazə vermək barədə qərar qəbul edib”, - ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq İdarəsinin sənədində deyilir.

Bundan əlavə, ABŞ ordusu Norveçə dəyəri 950 milyon dollara qədər olan 265 ədəd AIM-120 “hava-hava” raketləri və müvafiq avadanlıqlar tədarük etmək planlarını açıqlayıb.




Facebook'da Paylaş