Almaniya “Dəmir Günbəz” almaq istəyir

7-07-2022, 06:28

Almaniya “Dəmir Günbəz” almaq istəyir


Almaniya “Dəmir Günbəz” almaq istəyir

Almaniya kansleri Olof Şolts ölkənin silahlı qüvvələri üçün 100 milyard avroluq xüsusi fondun ayrılmasını təsdiqləyib. Almaniya bu vəsaitlə İsraildən "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemləri almağı planlaşdırır.
İsrailin “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi təxminən 70 kilometr məsafədən hücum ssenarisi üçün nəzərdə tutulub. Ancaq oxşar alternativ sistem var.
"Arrow 3" İsrail və ABŞ tərəfindən hazırlanmış və istehsal edilmiş 1 milyon dollarlıq hava hücumundan müdafiə sistemidir. İstehsalçının fikrincə, bu kompleks 2000 kilometrə qədər məsafədə, hətta kosmosda, atmosferdən kənarda nüvə raketini tuta bilir.
Akif İsmayılov




Facebook'da Paylaş