Azərbaycana əhalinin qorunması üçün “Dəmir Qübbə”

4-11-2020, 08:39

Azərbaycana əhalinin qorunması üçün “Dəmir Qübbə”

İsraillin Bakıdakı keçmiş səfiri Azərbaycana əhalinin qorunması üçün “Dəmir Qübbə”ni təklif edib

Keçmiş səfir bu barədə öz Twitter hesabında yazıb: “Sderot, Aşkelon və Beer-Şevadan olan israillilərə bu hekayə tanışdır. Döyüş meydanındakı itkiləri "tarazlaşdırmaq" üçün mülki əhaliyə raketlər atılır. Biz ‘Dəmir Qübbə’ sistemini dost Azərbaycanla bölüşməliyik”.
Qeyd edək ki, "Dəmir Qübbə” İsrail tərəfindən istehsal olunmuş istənilən hava şəraitində işləməyi bacaran qısamənzilli hava hücumundan müdafiə sistemidir. Bu sistem istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa-məsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir.






Ə.A




Facebook'da Paylaş