Tank biatlonu müsabiqəsinin nəticələri açıqlandı

5-09-2020, 20:13

Rusiyada keçirilən Beynəlxalq Ordu oyunlarına yekun vurulub.

Moskva vilayətinin Alabino poliqonunda keçirilən Tank biatlonu müsabiqəsinin final mərhələsində Rusiya, Çin və Belarus tankçıları ilə mübarizə aparan Azərbaycan hərbçiləri hədəfləri və maneələri dəf ediblər.
Azərbaycan tankçıları Tank biatlonu müsabiqəsində 16 ölkə arasında dördüncü yeri tutublar.
Turnirin qalibi isə daha güclü tankla mübarizə aparan Rusiya tankçıları olub. İkinci və üçüncü yerləri müvafiq olaraq Çin və Belarus tankçıları qazanıblar.





Facebook'da Paylaş