Güləşçimiz Şəhanə Nəzərova dünya çempionu olub

8-09-2017, 13:37

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

Ordum.az AZƏRTAC-a istinadən xəbər verir ki, dünya çempionatında 38 kiloqram çəki dərəcəsində mübarizə aparan Şahanə Nəzərova ilk görüşdə Yaponiya təmsilçisini 84, yarımfinalda isə Rusiya idmançısını 65 saniyədə tam üstünlüklə məğlub edərək finala yüksəlib. Final görüşündə güləşçimiz Ukrayna təmsilçisinə də vaxtından əvvəl, cəmi 82 saniyəyə tam üstünlüklə qalib gəlib və dünya çempionatının qızıl medalına yiyələnib.

Qeyd edək ki, Şahanə Nəzərova bir ay bundan əvvəl yeniyetmələrin Avropa çempionu adını qazanıb.




Facebook'da Paylaş