Rusiya hərbi gəmiləri Bakıdan döndü

4-09-2020, 20:22

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordum.az-a verilən məlumata görə, Rusiya hərbi gəmiləri Bakı limanını tərk edib.
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi sentyabrın 4-də Bakı limanını tərk edib.




Facebook'da Paylaş