ABŞ-a məxsus MQ-9 “Reaper” PUA-sı qəzaya uğrayıb

7-12-2021, 17:02

ABŞ-a məxsus MQ-9 “Reaper” PUA-sı qəzaya uğrayıb

ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus MQ-9 “Reaper” PUA-sı qəzaya uğrayıb.

Ordum.az
xəbər verir ki, bu barədə HHQ-nin 49-cu qanadı məlumat yayıb.

Qəzanın bazar ertəsi baş verdiyi bildirilir. PUA Holloman aviabazasında uçuş zamanı uçuş-enmə zolağına düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. MQ-9-un qəzaya uğrama səbəbləri araşdırılır.




Facebook'da Paylaş