Türkiyədə hərbi avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var

28-10-2021, 09:00

Türkiyədə hərbi avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var

Türkiyədə ağır yol qəzası olub.

Bu barədə Ordum.az “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, hadisə Hakkari əyalətində qeydə alınıb. Yüksekova-Şemdinli magistral yolunda hərbi avtomobil aşıb. Hadisə nəticəsində 1 hərbçi həlak olub, daha 2 nəfər yaralanıb. Yaralılar Yüksekova Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Qəzanın başvermə səbəbi açıqlanmır.




Facebook'da Paylaş