Sudan hərbi helikopteri qəzaya uğrayıb

13-01-2021, 20:37

Sudan hərbi helikopteri qəzaya uğrayıb


Silah-sursat daşıyan Sudan hərbi helikopteri, Efiopiya ilə həmsərhəd şərq əyalətindəki hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.


Sudan rəsmiləri "Apache" hücum helikopterinin Əl-Kadharif əyalətindəki Əl-Şouak qəsəbəsindəki Vad Zayed hava limanındakı qəzadan sonra partladığını, ancaq üç nəfərlik heyətin sağ qaldığını bildirir.
Sudan dövlət xəbər agentliyi SUNA helikopterin havaya qalxdıqdan dərhal sonra qəzaya uğradığını bildirdi. Onun yerə dəydiyi və alovlandığı deyilir.
Son iki ayda Sudan, Efiopiya ilə həmsərhəd bölgələrə əsgər göndərib və illərdir Efiopiya könüllülərinin və fermerlərinin nəzarətində olan əraziləri geri aldığını bildirir.
Efiopiya və müttəfiq regional qüvvələr noyabr ayının əvvəllərindən bəri Tiqray regional qüvvələri ilə mübarizə aparır, keçən ay Sudan ilə sərhəddəki hücumlar isə qonşu ölkələr arasındakı əlaqələri də gərginləşdirib.




Facebook'da Paylaş