Türkiyə F-16-lar üçün milliləşdirilən hissələrin kütləvi istehsalına başlayır

26-11-2021, 14:24

Türkiyə F-16-lar üçün milliləşdirilən hissələrin kütləvi istehsalına başlayır

Türkiyə müdafiə sənayesi tərəfindən milliləşdirilən F-16 döyüş sursatı təlim sisteminin kütləvi istehsalına başlanılır.

Ordum.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yazıb.

2005-ci ildə Türkiyə müdafiə sənayesində elektron alt sistem istehsalçısı olaraq fəaliyyətə başlayan “SDT Kosmos və Müdafiə Texnologiyaları” şirkəti “uzaqdan zondlama”, “radioelektron mübarizə və rabitə”, “simulyasiya və təlim” və “missiya sistemləri sahələrində bir çox vəzifələr icra edir. SDT tərəfindən hazırlanan fərqli alt sistemlər Türkiyə müdafiə sənayesinin son dövrlərdəki mühüm layihələrində, xüsusilə “Anka” PUA-larında, “Atak” helikopterində və” Göktürk” peyk proqramında istifadə olunur.

Pilotların hazırlanmasında mühüm əhəmiyyət kəsb edən F-16 döyüş sursatı təlim sistemini milliləşdirərək mühüm uğur qazanan SDT, bu məhsulun kütləvi istehsalına hazırlaşır.

Şirklət rəsmiləri bildirir ki, dost və müttəfiq ölkələrlə bu sistemlərlə bağlı ixrac yönümlü danışıqlar aparılır.

Şirkətin nümayənədəsi TUSAŞ şirkəti ilə birlikdə 2014-cü ildə canlı virtual simulyasiya edilmiş təlim sistemi üzərində işə başladıqlarını və 2018-ci ildə tamamladıqlarını bildirib.

Layihə çərçivəsində Hərbi Hava Qüvvələrinə 4 prototip sistem təslim etdiklərini bildirən şirkət bu sistemlərin 2019-cu ildən etibarən bir çox təlimdə, o cümlədən “Anadolu Qartalı”nda istifadə edildiyini qeyd edib.

Şirkət bildirib ki, F-16-lara inteqrasiya edilən bu sistemlərin havadan havaya uçuş məsafəsi təxminən 180 kilometr, havadan yerə məsafəsi isə 360 kilometrdən çoxdur. Bu sistem sayəsində pilotların manevr və nişan alma bacarıqları artırılacaq və yeni silahlardan səmərəli istifadə ediləcək.




Facebook'da Paylaş