“Türkiyə, Fransa və İtaliya SAMP/T adlı HHM sistemləri ilə bağlı addımlar atacaq”

1-11-2021, 16:54

“Türkiyə, Fransa və İtaliya SAMP/T adlı HHM sistemləri ilə bağlı addımlar atacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan SAMP/T Hava Hücumundan Müdafiə (HHM) sistemləri ilə bağlı mühüm açıqlamalar verib.

Ordum.az xəbər verir ki, bu barədə, o, G20 Sammitində iştirak etdiyi Roma şəhərində danışıb.

“Türkiyə, Fransa və İtaliya üçlüyü olaraq SAMP-T ilə bağlı müsbət addımlar atacağıq”, - deyə Ərdoğan bildirib.

5 yanvar 2018-ci il tarixində Türkiyənin Müdafiə Sənayesi Rəyasət Heyəti ilə ASELSAN, EUROSAM və ROKETSAN arasında “Uzun Mənzilli Hava və Raketdən Müdafiə Sisteminin (LORAMİDS) İdentifikasiya Araşdırması” müqaviləsi imzalanıb. İmzalanan müqavilə ilə Türkiyə, Fransa və İtaliyanın ehtiyaclarına cavab verən HHM sisteminin birgə hazırlanması hədəflənib.

Sistemlərin inkişafı mərhələsi S-400 böhranı və COVID pandemiyası kimi bir sıra problemlərlə üzləşib.

“Hazırda identifikasiya işləri praktiki olaraq yekunlaşıb və imzalanmalıdır. Biz hər üç ölkənin ehtiyaclarını ödəyəcək bir sistem hazırlamaq üçün layihənin müəyyənləşdirilməsi fəaliyyətlərinə başlamaq prosesindəyik”, - deyə bundan əvvəl Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir bildirib.

Qeyd edək ki, Türkiyənin SAMP/T Proqramı Fransaya görə bir müddət dondurulmuşdu.




Facebook'da Paylaş