Ərdoğan: "Müdafiəmizi istədiyimiz kimi gücləndirə bilərik"
“Amerikalılar Türkiyəyə “Patriot” hava hücumundan müdafiə kompleksi satsaydı, Rusiyadan “S-400”ləri almağa məcbur olmazdıq”.
Ordum.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambeyasının 76-cı sessiyası çərçivəsində ABŞ-a səfəri zamanı “New York Times” qəzetinə müsahibəsində bildirib.
Türkiyə Prezidenti Rusiya müdafiə sistemini satın almaqla Qərbin, xüsusilə NATO-nun ayağının altını qazdıqları ilə bağlı tənqidi fikirləri və söhbətləri tamamilə təkzib edib.
Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqin, ABŞ-ın keçmiş Prezidenti Donald Trampın Türkiyənin silah tədarükçülərini seçmək haqqı olduğunu söylədiklərini xatırladıb: “Özümüzə lazım olan silahları satın alırıq”.
O, Türkiyənin “S-400”ləri almasının ABŞ-la problemlərin yaşanmasına dəyib-dəyməyəcəyi ilə bağlı sualı belə cavablandırıb: “Məncə, buna dəyərdi. Müdafiəmizi istədiyimiz kimi gücləndirə bilərik”.
Ərdoğan Türkiyə-ABŞ əlaqələrinin əsaslarını qoruduqlarına işarə edərək belə açıqlama verib: “Türkiyənin ABŞ-la uzun illərə dayanan bağlar var. Bunun qorunaraq güclənməsi lazımdır
Facebook'da Paylaş