Norveçə P-8 dəniz patrul təyyarəsi təhvil verilib

19-11-2021, 18:06

Norveçə P-8 dəniz patrul təyyarəsi təhvil verilib

Norveçə Arktika dairəsi daxilindəki strateji “yüksək şimal” bölgəsində sualtı qayıqlara qarşı mübarizə imkanlarını genişləndirmək üçün sifariş verdiyi beş ədəd P-8 dəniz patrul təyyarəsindən birincisi təhvil verilib.

Ordum.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

Beş təyyarə Norveç Kral Hərbi Hava Qüvvələrinin hazırda istifadə etdiyi “Lockheed Martin Corp” şirkəti tərəfindən istehsal edilən P-3 “Orion” və iki “Dassault Aviation” istehsalı DA-20 “Jet Falcon”dan ibarət təyyarə parkını əvəz edəcək.

Norveçin müdafiə attaşesi, general-mayor Odd-Harald Hagen bildirib ki, təyyarələr Norveçin dəniz imkanlarını genişləndirəcək. O, Rusiyanın “inanılmaz dərəcədə bacarıqlı dəniz aktivləri”nə sahib olduğunu bildirib.

Norveç rəsmisi bildirib ki, ölkəsi əlavə avadanlıq və dəstək daxil olmaqla P-8 təyyarəsinə təxminən 1,25 milyard dollar xərcləyəcək. Onlar Arktik Dairə daxilində Norveçin Evenes Hava Stansiyasında idarə olunacaqlar.

Kəşfiyyat, müşahidə, suatlı qayıqlara qarşı mübarizə üçün nəzərdə tutulan təyyarələr “Boeing 737-800” yeni nəsil kommersiya reaktiv təyyarəsi əsasında hazırlanıb.

“Boeing” bildirib ki, Yeni Zelandiya, Cənubi Koreya və Almaniyaya eyni təyyarələrin çatdırılması müvafiq olaraq 2022, 2023 və 2024-cü illərdə həyata keçiriləcək.

Şirkət bildirib ki, Norveç üçün qalan dörd P-8 təyyarəsi istehsal mərhələsindədir və 2022-ci ildə təhvil veriləcək.




Facebook'da Paylaş