Rusiya Hindistana S-400 tədarükünə başla

15-11-2021, 15:08

Rusiya Hindistana S-400 tədarükünə başla

Rusiya Hindistana S-400 Zenit-Raket Kompleksinin (ZRK) tədarükünə başlayıb.

Ordum.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə xüsusi açıqlamasında Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq Xidmətinin rəhbəri Dmitri Şuqayev bildirib.

Artıq ilk tədarüklərə başlandığını qeyd edən Şuqayev Hindistanın S-400 sistemlərinin ilk hissəsinin bu ilin sonuna kimi Hindistana çatacağını bildirib.

2018-ci ilin sentyabr ayında Rusiya Federasiyası ilə 5 ədəd S-400 sisteminin tədarükü üçün 5 milyard 430 milyon dollarlıq müqavilə imzalayan Hindistan müqavilə çərçivəsində 850 milyon dollarlıq ilk ödənişi 2019-cu ilin noyabr ayında həyata keçirib.

“DefExpo 2020” Beynəlxalq Müdafiə Sərgisində açıqlama verən Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Vladimir Drojjov Rusiyanın planlaşdırıldığı kimi ilk S-400 sistemini 2021-ci ilin sonuna qədər Hindistana tədarük edəcəyini açıqlayıb.

Amerikalı senatorlar ABŞ-ın Hindistanın Rusiyadan S-400 alması səbəbindən tətbiq edəcəyi sanksiyaların qarşısını almaq üçün yeni qanun layihəsi hazırlayır.




Facebook'da Paylaş