Maracıstanda Türkiyə istehsalı “Karayel” zərbə PUA-ları sınaqdan keçirilir

6-11-2021, 18:04

Maracıstanda Türkiyə istehsalı “Karayel” zərbə PUA-ları sınaqdan keçirilir

Macarıstanda Türkiyə istehsalı olan “Karayel” zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) sınaqdan keçirilib.

Ordum.az xəbər verir ki, “Vestel” tərəfindən istehsal edilən “Karayel” taktiki PUA-ları Macarıstanın “Pápa Bázisrepülőtér” (Papa aviabazası) bazasında Macarıstan müdafiə rəsmiləri tərəfindən sınaqdan keçirilib.

“Lhsn.hu” xəbər saytının paylaşdığı fotolarda “Vestel”ə məxsus “Karayel” PUA-larının Macarıstanda bir sıra sınaqlardan keçirildiyi məlum olub. Xəbər saytının verdiyi özəl məlumata görə, “Karayel”in sınaqları cümə günü başlayıb.

Macarıstan nümayəndə heyəti sınaqları yerindəcə izləyib. Təxminən saat yarım hava limanının hava məkanında uçan “Karayel” müxtəlif bacarıqlarını nümayiş etdirib.




Facebook'da Paylaş