İsrail müdafiə şirkətləri ilk dəfə BƏƏ-də keçirilən sərgidə iştirak edə

3-11-2021, 16:22

İsrail müdafiə şirkətləri ilk dəfə BƏƏ-də keçirilən sərgidə iştirak edə

İsrailin müdafiə sənayesində təmsil olunan şirkətlər 14-16 noyabr tarixlərində baş tutacaq “Dubai Airshow” sərgisində ilk dəfə iştirak edəcək.

Ordum.az xəbər verir ki, sərgidə dövlətə məxsus “Israel Aerospace Industries” (IAI) şirkəti və “Rafael” korporasiyası təmsil olunacaq.

İsrail və BƏƏ Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə bağlanan İbrahim Sazişlərinin imzalanmasından sonra bir il ərzində texnoloji cəhətdən həssas sahələrdə əlaqələri genişləndirib. Məsələn, iki ölkə oktyabr ayında “2020 Expo Dubai” sərgisində kosmik kəşfiyyat üzrə əməkdaşlıq müqaviləsi imzalayıb və Ay üçün nəzərdə tutulan “Beresheet II” missiyasında əməkdaşlıq edəcək.

“Dubai Airshow”da iştirak edərkən, IAI yerli şirkətlərlə yeni əməkdaşlıq müqavilələri imzalamaq və BƏƏ-nin “Etihad Engineering” şirkəti ilə mövcud tərəfdaşlıqları genişləndirməklə regiondakı strateji əməkdaşlığını artırmağı planlaşdırır.

“Rafael” şirkəti sərgidə hazırda dünyada 28 ölkənin Hərbi Hava Qüvvələri tərəfindən istismar edilən MIC4AD komanda və idarəetmə sistemi və “Spyder” Hava Hücumundan Müdafiə (HHM) sistemlərini sərgilə




Facebook'da Paylaş