Türkiyə ordusuna “Yalman” silah qülləsi ilə təchiz edilən maşınlar tədarük ediləcək

3-11-2021, 15:30

Türkiyə ordusuna “Yalman” silah qülləsi ilə təchiz edilən maşınlar tədarük ediləcək

ROKETSAN şirkəti Türkiyə Quru Qoşunları Komandanlığına “Yalman” silah qülləsi quraşdırılmış “Cirit” raketləri daşıyan maşınlar tədarük edəcək.

Ordum.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri yazıb.

Qeyd olunur ki, yeni silah qülləsi inteqrasiya edilmiş maşınlar hazırda sınaqdan keçirilir.

ROKETSAN uzun müddət əvvəl “Cirit“ lazerlə idarə olunan raket sistemini quru platformalarından atmaq üçün inkişaf etdirdiyi maşınlara, “Umtas” və “L-Umtas” tipli tank əleyhinə raketləri atmaq məqsədi ilə “Yalman” silah qülləsini inteqrasiya edib.

Yeni silah qülləsi ilə təchiz edilən maşınlar maksimum 8 “Cirit” raketi və ya 4 “Umtas” və “L-Umtas” raketi daşıya bilər.




Facebook'da Paylaş