ABŞ ordusu “Abrams” tankına insansız qüllə inteqrasiya edəcək

3-11-2021, 13:00

ABŞ ordusu “Abrams” tankına insansız qüllə inteqrasiya edəcək

ABŞ Ordusu M1 “Abrams” əsas döyüş tankına (AMT) insansız qüllə inteqrasiya etməyi planlaşdırır.

Ordum.az xəbər verir ki, bu barədə ABŞ konqresmeni Tim Rayan məlumat yayıb.

Rayan avqust ayında Limada Birgə Sistemlər İstehsalat Mərkəzinə baş çəkib və müəssisədə “Abrams” tankını istehsal edən heyətlə görüşüb. Konqres üzvünün verdiyi açıqlamaya görə, M1A2 “Abrams” tanklarının hazırlanması və insansız qüllənin inteqrasiyası üçün müəssisəyə 65 milyon dollar vəsait ayrılıb.

Obyekt hazırda “General Dynamics Land Systems” tərəfindən idarə olunur və 900 nəfərdən artıq işçi çalışır. “General Dynamics” bütün ştatda iqtisadiyyatda təsirli rol oynayır və 2020-ci ildə 778 müxtəlif Ohio təchizatçısına 187,7 milyon dollar xərcləyib.

Mövcud və inkişaf etməkdə olan aktiv müdafiə sistemləri, tədqiqatlarla birlikdə “Abrams” tankına Avtomatik Yükləyici və Avtomatik Sursat Nəqliyyat Sistemi əlavə edilərək qiymətləndiriləcək. Tankın qaz turbinli hərəkət sistemi hibrid-elektrik hərəkət və enerji istehsalı sisteminə çevriləcək.

M1 “Abrams” tankları 1980-ci illərdən ABŞ ordusunda xidmətdədir. İnventarlaşdırılandan etibarən onlarla təkmilləşdirmədən keçən tankın müxtəlif baza variantları var. “Abrams” tankının ən son variantları M1A2 SEP V3, M1A2C və M1A2 seriyalarıdır.




Facebook'da Paylaş